27 Nisan 2012 Cuma

QƏFLƏT HALI

Qəflət halı - insanın Allahın və axirətin varlığından xəbərsiz olması, ya da xəbəri olduğu halda məsuliyyətsiz davranmasıdır. Qəflət halı bəzən iman edən bir insan üçün qısamüddətli bir unutqanlıq, ya da dalğınlıq şəklində ola bildiyi kimi, bəzən də Allaha iman etməyən, ya da ONA şərik qoşanlarda bütün həyatlarını əhatə edəcək dərəcədə dərin ola bilər.
Bir çox insan yaradılış məqsədini düşünmədən nəfsinin arzuları ilə əylənib boş və faydasız işlərlə məşğul olaraq şüursuzca yaşayırlar. "Gününü keçirmək" məntiqi ilə yalnız dünyadakı nemətlərin ən yaxşısına və ən çoxuna sahib olmağı arzulayırlar. Onlar "dünyaya bir də gəlməcəyik" düşüncəsilə bu zamanı ən yaxşı şəkildə” dəyərləndirməyi əhəmiyyətli hesab edirlər. Buna görə də yaşadıqları zaman müddətinə yalnız ən çox zövqü və əyləncəni sığdırmağa çalışırlar.

İNKAR EDƏNLƏRİN QƏFLƏT HALI

Allahın varlığını inkar edib Onun adının xatırlanmasına belə dözə bilməyənlərin içində olduğu vəziyyətin - qəflətin insanı dünyada sürükləyə biləcəyi ən son nöqtəyə bir nümunədir. Tamamilə inkar bataqlığına batan bu insanlar Allahın sevmədiyi və qınadığı, pis, çirkin və yanlış olan bir çox xüsusiyyəti üzərlərində daşıyırlar.
İnkar edən bu insanlar üsyankar, qürurlu, eqoist, əsəbi, yalançı, riyakar, qeyri-stabil bir quruluşa malik, hər cür pisliyi etməyə hazır olan kəslərdir. Mənfəətlərindən ötrü ana-atalarını belə tanımayan bu insanları dünya ehtirası sarıb-bürümüşdür. İstədiklərini həyata keçirmək üçün heç bir maneə qarşılarını ala bilməz. Qarşılarına çıxan maneələri aşmaq üçün hər cür saxtakarlığı, əxlaqsızlığı erkən qorxu hissi keçirməzlər.

MÜŞRİKLƏRİN QƏFLƏT HALI


İnsanların bəziləri İslamı Qurana görə deyil, ətrafındakı insanlardan əldə etdikləri məlumatlarla, böyüklərindən eşitdikləri, Quranla əlaqəsi olmayan tətbiqlərlə yaşayırlar. Halbuki bu insanlar İslamdan çox fərqlənən bir dini yaşayırlar. Atalarından, ənənələrdən qalma batil bir dini İslamın adına mənimsəmişlər. Buna görə də, Quranı oxusalar belə batil dinləri ilə şərh etdiklərindən onu lazımi kimi qiyməyləndirə bilməzlər. Quranda təsvir edilən və Peyğəmbərimizin (s.ə.v.) sünnəsində nümunələri köçürülən həqiqi imandan, mömin xüsusiyyətlərindən tamamilə uzaq və xəbərsizdirlər. Onların bu vəziyyəti Quranda belə bildirilir:

ŞEYTANIN İMAN EDƏNLƏRİ QƏFLƏTƏ SALMA SƏYİ

Şeytanın ən böyük hədəflərindən biri insanları Allahın yolundan sapdırmaq və cəhənnəmə sürükləməkdir. Onları faydasız işlərlə məşğul edərək ağıllarını qarışdırmağa və sağlam düşünmələrinə mane olmağa çalışır.
Mömin ağıllı, şüurlu, hər şeyi ətraflı şəkildə düşünərək məqsədəuyğun qərarlar verən, nümunəvi davranışlar göstərən bir əxlaqa sahibdir. Bu xüsusiyyətlər möminin imanının və Allah qorxusunun bir nəticəsidir. Ancaq şeytan zən unutqanlığı, diqqətsizliyini ya da məlumatsızlığını fürsət bilərək bir anlıq da olsa mömini qəflətə sürükləyə çalışır.

QƏFLƏT HALINDAKI İNSANLARIN XƏBƏRDAR EDİLMƏSİ

Qəflətdəki insanlar Allahın göndərdiyi peyğəmbərlər, elçilər, kitablar və möminlər vasitəsilə xəbərdar edilirlər.
Allah seçdiyi üstün bir anlayış və nur verdiyi elçilərini tarixin hər dövründə haqq dindən uzaqlaşan və qəflət içində yaşayan qövmlərə xəbərdaredici olaraq göndərir. Peyğəmbərimiz (s.ə.v.) də qəflət içindəki bir qövmə xəbərdaredici olaraq göndərilmişdi
Ataları (Allahın əzabı ilə) qorxudulmamış və qafil olan bir tayfanı xəbərdar edib qorxudasan! (Yasin surəsi, 6)
Qəflət içindəki bu qövmün xəbərdar edilməsi üçün Allah Peyğəmbərimiz Hz. Məhəmmədi (s.ə.v.) seçmiş, ona qövmünü xəbərdar edib qorxutmaq və haqq dini təbliğ etmək vəzifəsini vermişdir. Peyğəmbərimizə (s.ə.v.) bu vəzifəsini bildirən ayələrdən biri belədir:

QƏFLƏTDƏ OLANLARIN XÜSUSİYYƏTLƏRİ

Qəflət içində Allahın və axirətin varlığını düşünməyən insan dünyada müəyyən istək və ehtiraslara yönəlmişdir: ovsunlanmış kimi bunların arxasınca qaçır. Dünyada mal-mülk, mövqe sahibi olmaq kimi məqsədlərə çatmaq üçün səy göstərir. Daim qazandığı, ya da qazanacağı pulla edəcəyini düşünür, bunların xəyallarını qurur və bunlardan bəhs edir. Bunlarla o qədər məşğul olur ki, Allahın əmr və qadağalarını düşünmədiyindən unudur. Allahın elm və qüdrətini qavraya bilmədiyi üçün də Onun əmr və qadağalarını yerinə yetirmir. Rəbbimizin qoyduğu sərhədləri aşarkən heç bir qorxu hissi keçirmir.